İsmayıllı rayonunda göldə iki yeniyetmənin, bacı və qardaşın batması ilə nəticələnən hadisə baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə rayon ərazisində yerləşən təsərrüfat əhəmiyyətli göldə qeydə alınıb.
İlkin məlumata görə, yeniyetmələr ehtiyatsızlıq nəticəsində suya düşüblər. Hadisə zamanı yeniyetmələrdən biri olan qızın meyiti sudan çıxarılıb.
Digər yeniyetmənin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
