İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Balakən rayonunun Katex kəndində baş verib.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını toplamaq istəyərkən ehtiyatsızlıq edərək suya yıxılıb.
Məlumata görə, güclü axın nəticəsində onu sel aparıb.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
