By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Cəlilabad rayon icra başçısı Qurban Bayramı münasibətilə təbrik paylaşıb
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Cəlilabad rayon icra başçısı Qurban Bayramı münasibətilə təbrik paylaşıb
Ölkə

Cəlilabad rayon icra başçısı Qurban Bayramı münasibətilə təbrik paylaşıb

İlkin Şakiroğlu
Last updated: May 27, 2026 1:40 axşam
By İlkin Şakiroğlu
2 Min Read
Share
SHARE

Qurban Bayramı münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun təbriki

 

Əziz Cəlilabadlılar!

Müqəddəs Qurban Bayramı İslam dininin ən böyük bayramından biridir. Qurban Bayramı əzəmətli bir bayram, eyni zamanda ibadətin baharı, təlim, tərbiyə, paklıq tədbiridir. Qəlbləri ilahi hikmətlə nurlandıran Qurban Bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Qurban bayramı Allaha ən ali yaxınlıq məqamıdır.

Ulu Öndərimiz Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra İslam dünyasının ayrılmaz hissəsi olan Müstəqil Azərbaycan Respublikasında milli və dini mərasimlər, o cümlədən Qurban Bayramı hər il təntənə ilə qeyd edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-preizdent Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycanda milli mənəvi dəyərlərimiz inkişaf edir, məscidlər, ziyarətgahlar tikilir, ya da bərpa olunaraq dindarların istifadəsinə verilir.

Xoşbəxt insanlar o kəslərdir ki, Qurban Bayramının ülvi dəyərlərini dərk edir, onun hədsiz-hüdudsuz bərəkətlərindən bəhrələnir, mənəvi zənginlik əldə etmiş olurlar.

Bu gün tam razılıq hissi ilə bildirirəm ki, Cəlilabadlılar bayram sevincini məmnunluqla bölüşür, xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcəkdir.

Əziz Cəlilabadlılar !

Hər birinizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, ən səmimi arzu və diləklərimi yetirirəm. Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzu edirəm. Qurban bayramı ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!

 

Hörmətlə,

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov

Şəhid anası Maya Quliyeva ali məktəbə qəbul olub
Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Masallıda narkotik əməliyyatı: 7 kiloqramdan çox marixuana dövriyyədən çıxarıldı
Müəllimlərə mühüm xəbər
Ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb
Share This Article
Facebook Email Print
Previous Article Lənkəran rayonunda fəaliyyət göstərən hotellərdən birində quldurluq hadisəsi baş verib
Next Article 🇦🇿 28 MAY – MÜSTƏQİLLİK GÜNÜ
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?