Masallıda polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.
İLKİNxeber.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində iştirak etməkdə şübhəli bilinən 43 yaşlı Cavat Qasımov saxlanılıb.
Araşdırma zamanı ondan 7 kiloqramdan artıq marixuana götürülərək maddi sübut kimi istintaqa təqdim edilib.
Fakt üzrə cinayət işi açılıb. Məhkəmənin qərarına əsasən, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hüquq mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
