Azərbaycanda beynəlxalq təcrübəyə uyğun olaraq çevik iş vaxtı rejimi modellərinin yaradılması nəzərdə tutulur.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Plana əsasən, qeyd olunan dövrdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməlidir.
Sənədin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
