Qubada bədbəxt hadisə baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə rayonun Talabqışlaq kəndində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü kənd sakini Mustafa Kamal oğlu Surxayev qıcolma keçirərək su kanalına yıxılıb. Nəticədə o, suda boğularaq həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
