Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin iştirakı ilə planlı təlim-məşq uçuşları keçirilib.
Bu barədə ilkinxeber.az informasiya agentliyinə istinadən Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, uçuşlar zamanı pilotlar tərəfindən müxtəlif döyüş tapşırıqları icra olunub, o cümlədən hava məkanında manevretmə, şərti hədəflərin aşkarlanması və məhv edilməsi üzrə fəaliyyətlər yerinə yetirilib.
Təlimlər çərçivəsində uçuş heyətinin peşəkarlığının artırılması, döyüş hazırlığının yüksəldilməsi və qarşıya qoyulan tapşırıqların operativ icrası əsas məqsəd kimi müəyyən olunub.
Qeyd edilib ki, keçirilən təlim-məşq uçuşları plana uyğun olaraq uğurla başa çatıb.
