İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Formula 1 yarışı ilə əlaqədar Bakı Metropoliteninin bəzi stansiyalarında iş rejimi uzadılacaq.
Sentyabrın 24-dən 26-dək “İçərişəhər”, “Sahil” və “28 May” stansiyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Bu stansiyalarda növbətçilik cədvəlinə uyğun olaraq əlavə işçi qüvvəsi cəlb olunacaq.
Sentyabrın 24-dən 25-nə və 25-dən 26-na keçən gecələr qeyd olunan üç stansiya saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkəti adi qrafik əsasında davam etdiriləcək. Qırmızı xəttin digər stansiyaları isə saat 00:00-da bağlanacaq.
Formula 1 günlərində Bakı metrosunun iş saatı uzadılacaq
Şərh edilməmiş
