İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Moskva şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirləri – Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb. Danışıqlar Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində keçirilir.
Məlumata görə, nazirlər əvvəlcə təkbətək formatda görüş keçiriblər, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələrə start verilib.
Görüş zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq mövzuların müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, bu danışıqlar Azərbaycan xarici işlər nazirinin Rusiyaya rəsmi səfəri çərçivəsində keçirilir və tərəflər arasında diplomatik təmasların davamı kimi qiymətləndirilir.
