Bərdədə iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“VAZ-21015” markalı avtomobillə “Mercedes” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində “Mercedes” idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb.
Hadisə zamanı ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında Orxan Babayev (1994), Röyal Hacıyev (2004), Ayxan Hətəmov (2007), Mirşahin Nəcəfli (2007), Efras Paşayev (1979), Rabella Həmidova (1990), Ömər Həmidzadə (2018), Səkurə Həmidova (1964), Həmid Həmidov (1963) və Kamandar Həmidov (1988) yer alır.
Xəsarət alan şəxslər dərhal Bərdə Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
ilkinxeber.az
