Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü vəfat edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə zamanı İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürəktutma nəticəsində həyatını itirib.
Məlumata görə, İ.Məmmədov yolda ürəyində ağrı hiss etsə də, həkim briqadasını xəstənin yanına çatdırmaq üçün işini davam etdirib. O, həkimlərə “Sizi xəstənin yanına çatdırım, mən birtəhər dözərəm” deyib.
Həkim briqadası xəstəyə tibbi yardım göstərdikdən sonra avtomobilə qayıdıb və sürücünün sükan arxasında həyatını itirdiyini görüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Təcili yardım sürücüsü vəfat etdi
Şərh edilməmiş
