“ilkinxeber.az” xəbər verir ki, Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Məlumata görə, müvafiq əmri Ukraynanın müdafiə naziri imzalayıb.
Əslən Azərbaycanın Gəncə şəhərindən olan G. Məmmədov uzun illər Ukraynanın prokurorluq orqanlarında fəaliyyət göstərib. O, 2014-cü ilin iyul ayından Odessa şəhərinin prokuroru, 2015-ci ilin dekabr ayından isə Odessa vilayəti prokurorunun müavini vəzifələrində çalışıb.
2016-cı ilin avqustun 22-də Ukrayna hökumətinin qərarı ilə Krım Muxtar Respublikasının prokuroru təyin olunan G. Məmmədov, daha sonra 2019–2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini vəzifəsini icra edib.
