Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azov dənizində baş vermiş hadisə nəticəsində azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verib.
İLKİNxeber.az informasiya agentliyi NEWS.ru saytına istinadən bildirir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində çıxışı zamanı danışıb.
Qaluzin həlak olan dənizçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edib və baş verən hadisəni ağır itki kimi qiymətləndirib. “Ölüm hər zaman faciədir”, deyə o qeyd edib.
