By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Etibarnamə ilə idarə olunan avtomobillərlə bağlı yeni qayda qüvvəyə minir
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Etibarnamə ilə idarə olunan avtomobillərlə bağlı yeni qayda qüvvəyə minir
Ölkə

Etibarnamə ilə idarə olunan avtomobillərlə bağlı yeni qayda qüvvəyə minir

Lamiyə Turqay
Last updated: İyun 9, 2026 6:48 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Azərbaycanda etibarnamə əsasında idarə olunan avtomobillərin icbari sığortalanması qaydalarında mühüm dəyişiklik edilib.

İLKİNxeber.az xəbər verir ki, Mərkəzi Bankın qəbul etdiyi yeni qaydalara əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı birdən çox olduqda sığorta haqqı hesablanarkən həmin şəxslər arasında ən yüksək risk göstəricisinə malik sürücünün sığorta tarixçəsi nəzərə alınacaq.

Yeni mexanizm etibarnamə yolu ilə avtomobil idarə edən şəxslərlə yanaşı, icarə və digər hüquqi əsaslarla nəqliyyat vasitəsindən istifadə edən şəxsləri də əhatə edir. Bu o deməkdir ki, avtomobil sahibinin qəza tarixçəsi olmasa belə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan digər şəxslərin risk göstəriciləri sığorta haqqına təsir göstərəcək.

Dəyişikliklərin əsas məqsədi qəza törətmiş sürücülərin yüksək sığorta haqqından yayınmaq üçün avtomobili başqa şəxsin adına sığortalatmasının qarşısını almaqdır. Bundan sonra riskli sürücü etibarnamə verməklə əlavə ödənişdən yayına bilməyəcək.

Yeni qaydalar çərçivəsində hazırda tətbiq olunan “Bonus-Malus” sistemi də ləğv edilərək fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Bu sistemə görə, üçüncü şəxslərin əmlakına və ya sağlamlığına zərər vurulmasına səbəb olan hər hadisə üçün sürücünün sığorta haqqına 30 faiz əlavə tətbiq ediləcək.

Mövcud qaydalara əsasən, avtomobili yalnız bir nəfər idarə etdikdə 1, iki və ya daha çox şəxs idarə etdikdə isə 1.15 əmsalı tətbiq olunur. Yeni dəyişiklikdən sonra 1.15 əmsalı yalnız avtomobili idarə etmək hüququ olan şəxslərin sayı beş və ya daha çox olduqda qüvvədə olacaq. Beş nəfərdən az olduqda isə 1 əmsalı tətbiq ediləcək.

Qeyd edək ki, yeni qaydalar 16 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində korrupsiya əməliyyatı
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Minimum əməkhaqqına yenidən baxılacaq
Yanğın təhlükəsi: Ağdam, Füzuli və Cəbrayıl alov içində
Pensiya ödənişləri bu tarixlərdə həyata keçiriləcək
Share This Article
Facebook Email Print
Previous Article Yevlaxda faciəli hadisə: 91 yaşlı qadın həyatını itirdi
Next Article Azov dənizində dron hücumları zamanı zərər görən gəmilərin heyət üzvləri olan 19 Azərbaycan vətəndaşı Vətənə yola salınıb.
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?