Hədə-qorxu ilə tələb etmədə ittiham olunan Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib.
ilkinxeber.az xəbər verir ki, bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.
Bildirilib ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov iyulun 30-dək həbs olunub.
Vəkilin sözlərinə görə, ona Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, daha əvvəl Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Əfqan Sadıqov sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2 000 lari məbləğində cərimələnib, Gürcüstandan deportasiya olunub və 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.
O, aprelin 5-də Gürcüstandan Azərbaycana deport edilib.
