İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Braziliya millisinin aparıcı futbolçusu Neymar qarşıdakı oyunları buraxa bilər.
İspaniyanın “Teledeporte” nəşrinin yaydığı xəbərdə bildirilir ki, 34 yaşlı hücumçu iyunun 14-də Mərakeş yığmasına qarşı keçiriləcək matçda iştirak etməyəcək. Bundan əlavə, futbolçunun bütün qrup mərhələsi oyunlarını da buraxmaq ehtimalı yüksək qiymətləndirilir.
Mənbənin məlumatına görə, Neymar baldır nahiyəsindən aldığı zədədən sonra hələ də tam sağalmayıb və hazırda yalnız fərdi məşqlərlə kifayətlənir. O, hələlik komanda ilə birgə hazırlıq prosesinə qoşulmayıb.
Qeyd edək ki, Braziliya millisi qrup mərhələsində Mərakeşlə yanaşı, iyunun 20-də Haiti, iyunun 25-də isə Şotlandiya yığması ilə qarşılaşacaq. Neymarın pley-off mərhələsinə qədər sıraya dönüb-dönməyəcəyi isə qeyri-müəyyən olaraq qalır.
