Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində möhtəşəm uğura imza atıb.
İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, idmançımız final qarşılaşmasında yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlub edərək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu qələbə Azərbaycan cüdosu üçün növbəti böyük nailiyyət kimi dəyərləndirilir.
