“ilkinxeber.az” xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) millilərini məğlub edərək qrup lideri kimi pley-off mərhələsinə yüksəlib.
Milli komandamız 1/8 finalda Qazaxıstanı 3:2, 1/4 finalda Çexiyanı 5:2 hesabı ilə üstələyib. Yarımfinalda isə Serbiya yığmasına 3:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Azərbaycan millisi bu gün keçiriləcək final qarşılaşmasında Ukrayna yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
