Misirli ulduz futbolçu Məhəmməd Salah Türkiyəyə gəlib. ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Salah İstanbul Atatürk Hava Limanında çoxsaylı “Trabzonspor” azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılanıb.
Məlumata əsasən, misirli hücumçu azarkeşlərlə qısa görüşdən sonra hava limanını tərk edib. Onun axşam saatlarında Trabzona yola düşəcəyi, şəhərdə isə minlərlə azarkeş tərəfindən qarşılanacağı bildirilir.
Qarşılanma zamanı klub mağazalarının önündə uzun növbələr yaranıb. Azarkeşlər yeni aldıqları “Trabzonspor” formalarının üzərinə “M.Salah” adını yazdırıblar.
Türkiyəyə yola düşməzdən əvvəl klub tərəfindən yayımlanan videoda “Trabzonspor” formasında görünən Salah azarkeşlərə müraciət edərək bunları deyib:
“Trabzon, hazırsan? Sizi eşidirəm. Tezliklə görüşərik. Bizim üçün hər yer Trabzondur.”
