İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda iyunun 20-si gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda, iyunun 21-i gündüzdən 25-dək isə bəzi ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, ayrı-ayrı bölgələrdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Bununla yanaşı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunacaq küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, iyunun 21-də havanın temperaturu əvvəlki günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.
