By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər qanuniləşdirilir
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər qanuniləşdirilir
Ölkə

Müəllim və şagirdlərin geyimi ilə bağlı yeni tələblər qanuniləşdirilir

Lamiyə Turqay
Last updated: İyun 16, 2026 9:27 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Dövlət ümumi təhsil müəssisələrində müəllim və şagirdlərin geyim qaydalarına dair tələblərin hüquqi əsaslarının yaradılması nəzərdə tutulur.

İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, bununla bağlı dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna təklif edilən əlavələrdə əks olunub.

Layihəyə əsasən, müəllimlərin geyimi ilə bağlı vahid yanaşmanın tətbiqi təhsil müəssisələrində peşəkar iş mühitinin, nizam intizamın və təşkilati mədəniyyətin daha da gücləndirilməsinə xidmət edəcək. Bildirilir ki, müəllim yalnız bilik verən şəxs deyil, həm də davranışı, ünsiyyət tərzi və xarici görünüşü ilə şagirdlər üçün nümunə rolunu oynayır.

Qeyd olunur ki, səliqəli və işgüzar geyim müəllimin peşəkar nüfuzunu artırmaqla yanaşı, dərs prosesində diqqətin yayınmasının qarşısını alır, sinif idarəçiliyinə və effektiv ünsiyyətə müsbət təsir göstərir. Eyni zamanda, bu yanaşma şagirdlərdə peşəkar davranış, etik normalar və müxtəlif mühitlərə uyğun geyim mədəniyyətinin formalaşmasına dəstək verir.

Təklif edilən dəyişikliklərə görə, müəllimlərin geyimi həm rahat və praktik olmalı, həm də təhsil müəssisəsinin peşəkar mühitini əks etdirməlidir. Bu, məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına, kollektiv daxilində həmrəyliyin və ortaq dəyərlərin möhkəmlənməsinə töhfə verəcək.

Qanun layihəsində məktəbli formasına dair tələblərə əməl olunmasının da hüquqi müstəvidə təsbit edilməsi nəzərdə tutulur. Dəyişikliklər şagirdlərin müəyyən edilmiş geyim qaydalarına riayət etməsini qanunvericilik səviyyəsində tənzimləməyi hədəfləyir.

Sənəddə vurğulanır ki, bu yeniliklər yalnız geyim məsələsini əhatə etmir. Əsas məqsəd məktəblərdə vahid idarəetmə sisteminin gücləndirilməsi, sağlam və peşəkar təhsil mühitinin formalaşdırılması, məktəb ailə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinin təşviq edilməsidir.

Təklif olunan dəyişikliklər təhsil sistemində vahid yanaşmanın gücləndirilməsi istiqamətində mühüm institusional addım kimi qiymətləndirilir.

Tələbələrin nəzərinə: Yüksək balların nəticəyə təsiri
Biləsuvar sakinini elektrik cərəyanı vuraraq öldürüb
Sabah Bakıda və bölgələrdə güclü külək gözlənilir: Sarı xəbərdarlıq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Mərkəzi küçələrdə hərəkət məhdudiyyəti bütün günlərə şamil olunur
Share This Article
Facebook Email Print
Previous Article Sabah hava necə olacaq? Rəsmi proqnoz açıqlandı
Next Article DİM-dən vacib elan: 21 iyunda təkrar imtahan keçiriləcək
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?