İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026 ilin sentyabrın 20 də keçirilməsi barədə fərman imzalayıb.
Məlumata əsasən, sənəd hüquqi aktların rəsmi portalında dərc edilib və dərc olunduğu andan qüvvəyə minib.
Qeyd olunur ki, seçkilər zamanı Rusiya Dövlət Dumasına ümumilikdə 450 deputat seçiləcək. Mövcud seçki sisteminə uyğun olaraq 225 deputat birmandatlı dairələr üzrə, digər 225 deputat isə partiya siyahıları əsasında müəyyən edilə
cək.
