İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiya qoşunlarının Ukraynanın Dnepropetrovsk və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində azı 11 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.
Məlumata görə, hücumlar avqustun 10-u axşam saatlarından 11-nə keçən gecə həyata keçirilib.
Dnepropetrovsk vilayətində 5 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralananlar arasında azyaşlıların da olduğu bildirilib.
Zaporojyeyə isə raketlər və idarəolunan aviasiya bombaları ilə zərbələr endirilib. Nəticədə 6 nəfər – 5 kişi və 1 qadın həlak olub, 19 nəfər xəsarət alıb.
Hücumlar nəticəsində yaşayış binalarına və sənaye infrastrukturu obyektlərinə ziyan dəyib. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
