İyulun 16-na keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hücum nəticəsində azı 2 nəfər həlak olub, 5-6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, zərbələr şəhərin bir neçə rayonunda, xüsusilə Darnitsa və Svyatoşin istiqamətlərində qeydə alınıb. Hücum nəticəsində anbar binalarında və yük avtomobillərinin olduğu ərazilərdə yanğınlar baş verib.
Hadisə yerinə cəlb olunan xilasedicilər alovun qarşısını alıb və yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, bu, son günlər ərzində Kiyevə edilən növbəti hücumdur və şəhərdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.
