“İLKİNxeber.az” İnformasiya agentliyi məlumat verir ki, amerikalı iş adamı İlon Mask “SpaceX” şirkətinin səhmlərinin IPO prosesi sayəsində sərvətini rekord həddə çatdıraraq dünyanın ilk trilyonçu şəxsi olub.
Məlumata görə, “SpaceX” IPO çərçivəsində təxminən 75 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Bu göstərici texnologiya və kosmik sənaye tarixində ən böyük maliyyə göstəricilərindən biri hesab olunur.
Qeyd edək ki, İlon Mask hazırda “Tesla”, “SpaceX” və digər böyük texnologiya layihələrinin rəhbəri kimi dünyanın ən nüfuzlu iş adamlarından biri sayılır.
