Azərbaycan və İordaniya arasında ümumvətəndaşlıq pasportlarına malik şəxslər üçün qarşılıqlı viza rejimi ləğv edilir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bununla bağlı saziş iyulun 8-də Bakıda imzalanıb.
Sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniyanın Baş nazir müavini, xarici işlər naziri Ayman Safadi imzalayıblar.
Yeni razılaşma iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq, turizm, işgüzar əlaqələr və humanitar əməkdaşlığın inkişafına əlavə imkanlar yaradacaq.
