İlkinxeber.az İnformasiya Agentliyi xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 3 üzvü medal qazanıb.
Emin Cavadlı 55 kq çəki dərəcəsində finalda ermənistanlı Edqar Petrosyanı “tuş”la məğlub edərək Avropa çempionu olub.
Cavidan Nehmətov (77 kq) və Orxan Hacıyev (87 kq) isə həlledici görüşlərdə məğlub olaraq gümüş medalla kifayətləniblər.
Beləliklə, Azərbaycan yığması U-20 Avropa çempionatına 1 qızıl və 2 gümüş medalla başlayıb.
