ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiya noyabrın 1-dən Ermənistana təbii qaz tədarükünü tamamilə dayandıra bilər.
Ermənistanın “Hraparak” qəzeti Rusiyadakı mənbələrinə istinadən yazıb ki, Moskva qaz tədarükünün davam etdirilməsi üçün İrəvana bir sıra şərtlər irəli sürüb.
Məlumata görə, şərtlər arasında Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı məsələnin müzakirədən çıxarılması, Rusiyanın iştirakı olan şirkətlərə qarşı tədbirlərin dayandırılması və Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin dayandırılması ilə bağlı addımların atılması yer alır.
Qəzet həmçinin Rusiyanın Ermənistan hakimiyyətindən Moskvanın Rusiyayönlü hesab etdiyi siyasətçilərə qarşı təqibləri dayandırmağı və hökumətdə Rusiya üçün məqbul sayılan baş nazir müavini təyin etməyi tələb etdiyini iddia edir.
