ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türk dövlətləri arasında vətəndaşların xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin edilməsi məsələsi müzakirə olunur.
Müzakirələrin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətləri arasında vətəndaşların sərbəst hərəkət imkanlarının genişləndirilməsi məqsədi daşıdığı bildirilir.
Təklifin əsas istiqaməti xarici pasport əvəzinə şəxsiyyət vəsiqəsi ilə səfərlərin mümkün olmasıdır. Belə bir mexanizmin tətbiqi Türk dövlətləri arasında turizm, təhsil, biznes, ticarət və mədəni əlaqələrin inkişafına əlavə imkanlar yarada bilər.
Bununla yanaşı, şəxsiyyət vəsiqəsi ilə səfər imkanının genişləndirilməsi Orta Dəhliz, nəqliyyat, logistika və digər regional əməkdaşlıq layihələri fonunda insanlar arasında əlaqələrin daha da asanlaşmasına şərait yarada bilər.
Qeyd edək ki, hazırda bütün Türk dövlətləri üçün belə bir sistemin tətbiqi ilə bağlı yekun qərar qəbul edilməyib. Məsələ müxtəlif formatlarda müzakirə olunur və konkret mexanizmin necə həyata keçiriləcəyi hələ müəyyənləşdirilməyib.
Azərbaycan vətəndaşları Türk ölkələrinə şəxsiyyət vəsiqəsi ilə səfər etməsi mümkün ola bilər
Şərh edilməmiş
