İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Qusar rayonunda kişi yaşadığı evin həyətində ölü vəziyyətdə aşkarlanıb.
Hadisə rayonun Hil kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 46 yaşlı Sakit Nazir oğlu Bağıyevin meyiti yaşadığı evin həyətində tapılıb.
Onun ölümünün səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
