Yardımlı rayonunda narkotik tərkibli bitkilərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti tədbir həyata keçirilib.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2026” adlı kompleks əməliyyat tədbirləri zamanı Arvana kəndi ərazisində yabanı halda yetişən narkotik tərkibli xaş-xaş bitkiləri aşkar olunub.
Əraziyə baxış zamanı ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu müəyyən edilərək müvafiq qaydada məhv edilib.
Faktla bağlı profilaktik və nəzarət tədbirlərinin davam etdirildiyi bildirilir.
Yardımlıda 6500 ədəd narkotik tərkibli bitki məhv olundu
Şərh edilməmiş
