Tanınmış şair, jurnalist və Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin Əzimli səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Ələddin müəllimin vəziyyətində müsbət dəyişiklik müşahidə olunur və səhhəti yaxşılaşmağa doğru gedir.
Uzun illərdir Azərbaycan ədəbiyyatı və jurnalistikasında öz dəsti xətti ilə seçilən Ələddin Əzimli həm yaradıcılığı, həm də ictimai fəaliyyəti ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb.
İLKİNxeber.az informasiya agentliyi olaraq Ələddin müəllimin qısa zamanda sağlamlığına qovuşaraq yenidən qələmi və sözü ilə oxucularının yanında olmasını, yaradıcılıq və ictimai fəaliyyətini davam etdirməsini arzu edirik. Ona Allahdan şəfa, doğmalarına isə səbir diləyirik.
