Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-yə qarşı genişmiqyaslı əməliyyatlar davam edir. İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, ölkənin 42 vilayətində eyni vaxtda keçirilən əməliyyatlar zamanı ümumilikdə 237 nəfər saxlanılıb.
Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxslər təşkilatla əlaqədə olmaqda şübhəli bilinirlər. Aparılan istintaq tədbirləri nəticəsində onlardan 128 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata əsasən, daha 61 nəfər haqqında məhkəmə nəzarəti qərarı tətbiq olunacaq. Digər şübhəlilərlə bağlı hüquqi prosedurlar isə davam etdirilir.
Türkiyə hüquq mühafizə orqanları ölkə ərazisində terror və qanunsuz təşkilatlara qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
