Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət edib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, qonağın şərəfinə parkda fəxri qarovul dəstəsi düzülüb.
Səfər çərçivəsində Fələstinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyaraq ehtiramını bildirib.
Bildirilib ki, qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, əldə etdiyi tarixi Qələbənin əbədiləşdirilməsi və şəhidlərin xatirəsinin yaşadılması məqsədilə yaradılmış Zəfər parkı haqqında ətraflı məlumat təqdim olunub.
