Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfəri zamanı qaldığı hotelin yaxınlığında partlayış baş verib.
Fransa Prezidenti Emmanuel Makronun Suriyanın paytaxtı Dəməşqə səfəri zamanı qaldığı hotelin yaxınlığında partlayış baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub, ərazi mühasirəyə alınıb və yaxınlıqdakı yollar müvəqqəti bağlanıb.
İlkin məlumata əsasən, partlayış avtomobilin partladılması nəticəsində baş verib.
Bildirilir ki, hadisə Emmanuel Makron hoteli tərk etdikdən sonra baş verib. Fransa liderinin Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşə yollandığı vaxt partlayış səslərini eşitmədiyi qeyd olunur.
