Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülh və sabitliyin təmin olunması istiqamətində ABŞ Prezidenti Donald Tramp ilə əməkdaşlığın davam etdiriləcəyini bəyan edib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı danışıb.
Prezident çıxışında qeyd edib ki, Ankara və Vaşinqton arasında regionda sabitliyin qorunması və sülhün bərqərar olunması istiqamətində qarşılıqlı fəaliyyət qətiyyətlə davam etdiriləcək.
Ərdoğan həmçinin vurğulayıb ki, ABŞ prezidentinin 17 ildən sonra Türkiyəyə dövlət başçısı səviyyəsində etdiyi rəsmi səfər xüsusi tarixi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi də prioritet istiqamətlərdən biridir.
Bildirilib ki, tərəflər ticarət dövriyyəsini 100 milyard ABŞ dollarına çatdırmaq məqsədilə birgə səylərini davam etdirəcək.
