Tanınmış şair, jurnalist və Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin Əzimlinin səhhəti ilə bağlı sevindirici xəbər var.
Ələddin müəllimin oğlu Mərdan Əzimlinin İLKİNxeber.az informasiya agentliyinə verdiyi məlumata görə, onun səhhəti qənaətbəxşdir. Müalicə aldığı xəstəxanadan evə buraxılan şairin həkim nəzarəti altında müalicəsi ev şəraitində davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilən Ələddin Əzimlinin vəziyyəti ictimaiyyət və ədəbi mühit tərəfindən diqqətlə izlənilirdi.
Azərbaycan ədəbiyyatının və mətbuatının tanınmış simalarından olan Ələddin Əzimlinin səhhətinin yaxşılaşması onun yaradıcılığını sevənlər tərəfindən məmnunluqla qarşılanıb.
İLKİNxeber.az informasiya agentliyinin kollektivi olaraq Ələddin müəllimə Tanrıdan şəfa, uzun ömür və möhkəm can sağlığı arzulayırıq.
