Ufada azərbaycanlı fəhlə hündürlükdən yıxılaraq həyatını itirib
Rusiyanın Ufa şəhərində azərbaycanlı fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə 1988-ci il təvəllüdlü Kazımov Savad Eynulla oğlunun işlədiyi binada baş verib. O, yüksək mərtəbədə görülən iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb və hadisə yerində həyatını itirib.
Mərhumun Biləsuvar rayonunun Xırmandalı kəndindəndir.
