Şamaxı rayonunun Qəleybuğurd kəndi ərazisindən keçən Ağsu çayında suyun səviyyəsinin kəskin yüksəlməsi nəticəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər güclü yağışlardan sonra yaranan selin bölgədə ciddi çətinliklərə səbəb olduğunu göstərir.
Məlumata görə, çayın daşması səbəbindən yol keçilməz vəziyyətə düşüb. Nəqliyyat vasitələrinin hərəkəti mümkün olmadığından, bəzi sakinlər çayı traktorların köməyi ilə keçmək məcburiyyətində qalıblar. Hadisə nəticəsində ərazidə hərəkət iflic olub, vətəndaşlar çətin anlar yaşayıblar.
