By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Kredit qaydalarında YENİLİK: Məsafədən rəsmiləşdirməyə məhdudiyyət və “gözləmə müddəti” tətbiq olunur
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Kredit qaydalarında YENİLİK: Məsafədən rəsmiləşdirməyə məhdudiyyət və “gözləmə müddəti” tətbiq olunur
Ölkə

Kredit qaydalarında YENİLİK: Məsafədən rəsmiləşdirməyə məhdudiyyət və “gözləmə müddəti” tətbiq olunur

Lamiyə Turqay
Last updated: İyun 29, 2026 7:50 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda kreditləşmə qaydalarında edilən son dəyişikliklər vətəndaşların maliyyə təhlükəsizliyinin artırılmasına yönəlib.

 

Yeni qaydalara əsasən, vətəndaşlar artıq müştərisi olduqları kredit təşkilatına müraciət edərək məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoyulmasını tələb edə biləcəklər. Bu məhdudiyyət yalnız müraciət edilən konkret maliyyə qurumuna şamil olunacaq.

 

Bundan əlavə, kredit təşkilatları məsafədən kredit təqdim etməzdən əvvəl həmin müştəri üzrə hər hansı qadağanın olub-olmadığını yoxlamaq öhdəliyi daşıyacaq. Məhdudiyyət olduğu halda isə kreditin verilməsi mümkün olmayacaq.

 

Qaydalardakı digər yenilik məsafədən bağlanan istehlak kreditləri üzrə “gözləmə müddəti”nin tətbiqidir. Belə ki, kredit məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saatdan sonra, bu məbləği aşdıqda isə 24 saat sonra vətəndaşın hesabına köçürüləcək.

 

Mütəxəssislərin fikrincə, bu dəyişikliklər son dövrlərdə artan kiberdələduzluq halları ilə birbaşa bağlıdır. Qeyd edilir ki, vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi yolu ilə onların adından kredit rəsmiləşdirilməsi halları geniş yayılıb.

 

Statistik məlumatlara görə, 2024–2025-ci illər ərzində kiberdələduzluq nəticəsində milyonlarla manat vəsait mənimsənilib və minlərlə şübhəli bank əməliyyatı qeydə alınıb.

 

Ekspertlər hesab edir ki, tətbiq olunan yeniliklər müsbət addım olsa da, bununla yanaşı bank sistemində təhlükəsizlik mexanizmlərinin daha da gücləndirilməsi və vətəndaşların maliyyə savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.

 

Eyni zamanda bəzi mütəxəssislər məsafədən kreditlərin mərhələli şəkildə – tranşlarla verilməsinin daha effektiv ola biləcəyini vurğulayırlar. Bu halda kredit məbləğinin kiçik hissəsi ilkin olaraq təqdim olunur, əsas məbləğ isə müştərinin təsdiqindən sonra köçürülür.

 

Qeyd olunur ki, yeni qaydaların tətbiqi yaxın dövrdə onların effektivliyi ilə bağlı daha dəqiq statistik göstəricilərin formalaşmasına imkan verəcək.

MİQ imtahanlarının vaxtı açıqlandı
Milli Məclisin payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək
Şəkidə qaz təchizatı müvəqqəti dayandırılacaq
27 Sentyabr-Torpağın yaddaşında qalanlar
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində korrupsiya əməliyyatı
Share This Article
Facebook Email Print
Previous Article Şamaxıda sel həyatı iflic etdi: Ağsu çayı daşdı, hərəkət dayandı
Next Article Hacı Surxay tənqidlərə cavab verdi: “Burada dinə zidd heç nə yoxdur”
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?