Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus qəza törədib.
İlkinxeber.az İnformasiya Agentliyi məlumat verir ki, avtobusun yoldan çıxaraq ağaca çırpılması nəticəsində sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 1-də saat 10:30 radələrində 11 nəfər – 5 qadın və 6 kişi Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.
