ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrindən etibarən qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, it dişləməsi ilə əlaqədar 4 kişi və 1 qadın olmaqla 5 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.
Vəziyyətləri stabil qiymətləndirilən şəxslərə həkim nəzarəti altında peyvənd kursunu davam etdirmələri tövsiyə olunub. Onlar ambulator müalicə üçün evə buraxılıblar.
