Göyçayda iri gövdəli qurumuş çinar ağacı avtomobilin üzərinə aşıb.
Hadisə bu gün günorta saatlarında rayonun Əli Kərim küçəsində baş verib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, yol kənarında uzun müddətdir qurumuş vəziyyətdə olan çinar ağacı “Hyundai Santa Fe” markalı minik avtomobilinin üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Əraziyə müvafiq qurumlar cəlb olunub, aşan ağacın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

