Sumqayıt şəhərinin Corat qəsəbəsində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 900 metr məsafədə yerləşən nəzarətsiz dəniz ərazisində iki nəfərin batması ilə bağlı hadisə baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə yerinə cəlb olunan dalğıc-xilasedicilərin keçirdiyi əməliyyat nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu sudan sağ çıxarılıb.
Digər şəxsin — qadın cinsli şəxsin meyiti isə suda aşkar edilərək çıxarılıb və aidiyyəti qurumlara təhvil verilib.
