Qusar rayonunun Samur qəsəbəsində, SDK yolu adlanan ərazidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Samur-Dəvəçi kanalının yaxınlığında hərəkətdə olan “DAF” markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.
Qəza nəticəsində yük avtomobilinin 28 yaşlı sürücüsü aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib.
Hadisə zamanı yük avtomobilində daşınan badımcanlar yolun kənarına və Samur-Dəvəçi kanalına səpələnib.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.
