İlkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Biləsuvar rayonu ərazisində paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitə polis əməkdaşları tərəfindən aşkarlanıb.
Məlumata əsasən, əməliyyat zamanı ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10 104 ədəd psixotrop tərkibli həb dövriyyədən çıxarılıb.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində əvvəlcədən ötürülmüş lokasiya əsasında narkotik vasitələri əldə edən, əvvəllər məhkum olunmuş 62 yaşlı Cəlal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq polis şöbəsinə aparılıblar.
Araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan şəxslər həmin narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.
