İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0,32 ABŞ dolları və ya 0,44% artaraq 72,40 ABŞ dolları/barelə yüksəlib.
Eyni zamanda, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti də bahalaşıb. Belə ki, Brent nefti 0,37 ABŞ dolları və ya 0,48% artaraq 76,67 ABŞ dolları/barel təşkil edib.
Ekspertlər qeyd edir ki, neft qiymətlərində müşahidə olunan artım bazarda tədarük riskləri ilə bağlı narahatlıqların davam etməsi, eləcə də qlobal tələbatın sabit qalacağına dair gözləntilərlə əlaqədardır.
