Cəlilabad rayonunda yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən operativ şəkildə söndürülüb.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə yerinə dərhal FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Görülən çevik tədbirlər nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın zamanı hər hansı insan itkisi və ya xəsarət faktı qeydə alınmayıb.
Hazırda hadisənin başvermə səbəbləri və dəymiş ziyanın həcmi ilə bağlı araşdırmalar aparılır.
