İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə paytaxtın Nizami rayonu, T. Abbasov küçəsi 38 ünvanında yerləşən “Nord” hotelində qeydə alınıb.
Məlumata görə, hoteldə çalışan Bakı şəhər sakini, 28 yaşlı Emil Bağıyev qəfil vəfat edib. Onun ilkin ehtimala əsasən infarkt nəticəsində həyatını itirdiyi bildirilir.
