Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da bu mövqeyinə sadiq qalacaq.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini daim vurğulayır.
Qeyd olunub ki, Azərbaycan Ukrayna ilə münasibətlərə xüsusi önəm verir və iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə uğurla davam etdirilir.
